Xəbər lenti

Ukraynanın sabiq müdafiə naziri Reznikovun evində axtarış aparıldı
Dünya 17:03 04.07.2025

Ukraynanın sabiq müdafiə naziri Reznikovun evində axtarış aparıldı

3 iyul cümə axşamı Milli Antikorrupsiya Bürosu (NABU) sabiq müdafiə naziri Oleksiy Reznikovun evində axtarış aparıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın ZN.UA nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.

İddialara görə, axtarış Ukrayna Ordusu üçün ərzaq məhsullarının şişirdilmiş qiymətlərlə alınması ilə bağlı iş çərçivəsində həyata keçirilib. Halbuki bu ilin aprel ayında NABU bəyan etmişdi ki, Reznikov həmin vaxt istintaq çərçivəsində şübhəli şəxs qismində tanınmır.

Nəşrin məlumatına görə, axtarış Reznikova əvvəlcədən bildirilməyib. Detektivlər onun evindən "qeydiyyata alınmamış” bir mobil telefon və bir sıra əhəmiyyətli sənədlər götürüblər.

NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

UNIAN xəbər agentliyi yazır ki, Oleksiy Reznikov 4 noyabr 2021-ci ildə Ukraynanın müdafiə naziri təyin olunub. O, 4 sentyabr 2023-cü ildə Ali Radaya istefa ərizəsini təqdim edib, 5 sentyabrda isə vəzifədən azad olunub.

Onun istefasından əvvəl Ukrayna Silahlı Qüvvələri üçün satınalmalarla bağlı bir sıra qalmaqallar yaşanıb.

Xüsusilə, 2023-cü ilin yanvarında Reznikov Ali Radanın Antikorrupsiya siyasəti komitəsinin üzvləri qarşısında çıxış edərək Ukrayna hərbçiləri üçün ərzaq təminatı ətrafında yaranmış qalmaqala münasibət bildirmişdi. Millət vəkili Viktoriya Sumarın sözlərinə görə, "nazir ərzaq siyahısında 400-dən çox mövqedə səhvlərin olduğunu etiraf etmişdi. Təkcə yumurtaların kiloqram və tonla göstərilməsi deyil, başqa məhsullar üzrə də uyğunsuzluqlar olub. Məhz bu səbəbdən nazir müavini Şapovalov istefa verib. Bu "səhvlərin” haradan qaynaqlandığını isə yaxın zamanda müəyyənləşdirmək lazım idi”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->