Xəbər lenti

“Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub oldu
İdman 22:22 07.07.2025

“Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" futbol komandası ilk yoxlama oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gəlib.

Qarşılaşma "köhlən atlar”ın məğlubiyyəti ilə bitib - 4:5.
Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->