Qədim Roma sivilizasiyası, akveduklar, ictimai hamamlar və fərqli gigiyena üsulları ilə öz dövründə misilsiz inkişaf səviyyəsinə çatmışdı.
Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, Roma cəmiyyətində təmizlik yüksək dəyərə malik idi, lakin onların bu sahədəki üsulları müasir insan üçün çox qəribə və hətta təəccüblü görünə bilər.
Su kəmərləri və Roma hamamları
Romalılar onlarla, bəzən yüzlərlə kilometr uzunluğunda akveduklar inşa edirdilər. Bu qurğular vasitəsilə dağ bulaqlarından gələn təmiz su, Roma və digər şəhərlərə ötürülürdü. Ən məşhurlardan biri Valens akveduku idi (IV əsr), Konstantinopolda yerləşirdi və 1500 ildən çox işlək vəziyyətdə qalmışdı.
Hamamlar: Zənginlərin zövqü, kasıbların arzusu
Qədim Romada təmizlik deyəndə ilk ağıla gələn məkanlar ictimai hamamlar – termlər idi. Burada insanlar yalnız yuyunmur, həm də söhbət edir, kitab oxuyur və sosiallaşırdı. Əvvəllər termlər əsasən varlılar üçün əlçatan idi, kasıblar bura ancaq xidmətçi kimi daxil ola bilirdi. Lakin 306-cı ildə tikilmiş Diokletian termləri, cüzidir ödəniş qarşılığında hər kəsə açıq idi.
Əhalinin aşağı təbəqəsi suya məhdud çıxışı olduğuna görə nəm parçalardan və ya çaylarda yuyunmaqdan istifadə edirdi. Amma hamam suyunun nadir dəyişməsi dəri infeksiyalarının yayılmasına səbəb olurdu.
Sabun və diş pastası yerinə nə istifadə olunurdu?
Romalıların müasir sabunu yox idi. Onlar bədəni zeytun yağı ilə yağlayır, sonra isə xüsusi metal qaşıq – strigil ilə kiri və yağı qaşıyıb təmizləyirdilər. Suya çıxışı olmayanlar qum və ya kül ilə bədənlərini təmizləyirdilər.
Dişlərini isə əzilmiş sümüklərdən, kömürdən və təbaşirdən hazırlanan toz ilə təmizləyirdilər. Bu üsullar gigiyenik baxımdan təsirli görünməsə də, o dövr üçün ən praktik yanaşma idi.
Roma tualetləri: kollektiv və sərhədsiz
Qədim Roma şəhərlərində latrina adlanan ictimai tualetlər vardı. Burada açıq oturacaqlar və altından axan su boruları olurdu. Həmin su isə, termlərdən gələn istifadə olunmuş sudan ibarət idi – əvvəlcə hamamda istifadə olunur, sonra isə tullantıların yuyulmasında istifadə edilirdi.
Tualetlərdə qapılar və arakəsmələr yox idi, insanlar yan-yana oturaraq ehtiyaclarını qarşılayırdılar. Tualet kağızı yerinə isə çubuğun ucunda süngər və ya parça istifadə olunurdu. Bu vasitə sirkə qarışığına batırılaraq dezinfeksiya olunur və bir neçə nəfər tərəfindən ortaq şəkildə istifadə edilirdi. Nəticədə helmint və parazit yoluxmaları geniş yayılmışdı.
Qədim Romada xüsusi çamaşırxanalar – fulloniyalar fəaliyyət göstərirdi. Burada paltarlar sidik və qələvi maddələrlə yuyulurdu. Bu üsul, bit və digər parazitləri öldürmək üçün istifadə edilirdi. Lakin bu təmizlik üsulu xüsusi qoxu buraxırdı və yalnız varlı təbəqə keyfiyyətli təmizləmə imkanına malik idi. Kasıblar isə gigiyenada çətinlik çəkir və tez-tez yoluxucu xəstəliklərə tutulurdular.
Qədim Romada gigiyena anlayışı, öz dövrü üçün müasir və ağıllı şəkildə qurulmuş sistemlərə əsaslanırdı. Hərçənd, bu üsullar bugünkü standartlara uyğun olmasa da, tarixi baxımdan inkişafın mühüm mərhələsini təşkil edirdi.
Aydın
Şərhlər