Xəbər lenti

PUA-lar gələcəkdə bütün digər zərbə vasitələrini əvəz edə bilərmi?
Dünya 18:04 15.05.2025

PUA-lar gələcəkdə bütün digər zərbə vasitələrini əvəz edə bilərmi?

Dron müharibəsi insan olmadan mümkün deyil, döyüş meydanında həm insanlar, həm də dronlar getdikcə daha çox əhəmiyyət kəsb edəcək. 

Qaynarinfo xəbər verir ki, bu fikri Ukraynanın 3-cü Ayrı Hücum Briqadasının komandir müavini Maksim Jorin Oboz.ua saytına verdiyi müsahibədə səsləndirib.

Dronların müharibəyə təsiri ilə bağlı suala cavab verən Zorin bildirib ki, onlar müharibə reallığını tamamilə dəyişib:

"Onlar bu günə qədərki bütün qaydaları dəyişdi. Bütün nizamnamələr dəyişdi. Maskalanmadan tutmuş texnikanın və qrupların fəaliyyətinə, mühəndis-fortifikasiya qurğularına, hətta komanda məntəqələrinin yerləşdirilməsinə qədər hər şey dəyişib. Və döyüş taktikasına da təsir edib. Üstəlik, bu dəyişikliklər hələ də davam edir, çünki dronlar da durmadan inkişaf edir".

Onun sözlərinə görə, dronla radio-elektron mübarizə vasitələri (RƏB) arasında daimi bir "qarşıdurma" var və tərəflər daim bir-birinin fəaliyyətinə mane olmağa çalışır.

Zorin bu ehtimalı da istisna etməyib ki, gələcəkdə döyüş meydanında yalnız dronlar və insanlar qalacaq:

"Dronlarsız insan mümkün deyil. İnsan olmayan ərazi – o artıq sənin deyil. Dron yerləşən ərazi isə onun ərazisi hesab olunmur. Bu səbəbdən də insansız müharibəyə inanmıram".

O qeyd edib ki, dronların tətbiqi şəxsi heyətin sayını azaltmaq imkanı yaradır:

"Biz dronlar vasitəsilə şəxsi heyətin sayını azaltmağa çalışırıq. Onların üzərinə loqistika məsələlərini də yükləyirik".

Onun sözlərinə görə, logistika əməliyyatları zamanı itkilər, bəzən birbaşa döyüş mövqelərindəki itkilərdən də çox olur:

"Çünki mövqelər öncədən hazırlanmış, maskalanmış və sığınacaq imkanları olan yerlərdir. Amma bir şey gətirmək, ötürmək, kimisə evakuasiya etmək zamanı demək olar ki, müdafiə imkanı yoxdur".

Hazırda dronlar bu yükü də öz üzərinə götürür:

"Onlar həm gətirir, həm aparır, həm təmin edir, hətta də əlaqəni qururlar. Nəticədə şəxsi heyətin itkiləri ciddi şəkildə azalıb".

Zorin yekunda bildirib:

"Dronlar tədricən insan sayını azaldacaq, lakin döyüş meydanında insanı tam əvəz edə bilməyəcək – buna heç vaxt inanmıram. Amma perspektivdə digər bütün zərbə vasitələrini əvəz edə bilməsi – bu artıq real görünür".

Daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın gəmilərini və təyyarələrini məhv edə bilən ən müasir dəniz dronlarını təqdim etmişdi.

Söhbət Rusiyanın Qara dəniz donanmasına qarşı istifadə edilən Magura V5 adlı dronundan, çoxfunksiyalı Magura V6P platformasından, düşmən döyüş təyyarəsini ilk dəfə məhv etmiş raketdaşıyıcı Magura V7 modelindən və pulemyot modulu ilə təchiz edilmiş digər Magura V7 versiyasından gedir.

İki il ərzində bu dronların müxtəlif versiyaları ilə Rusiyanın 17 hədəfinə zərbə endirilib, onlardan 15-i tamamilə məhv edilib. Bunlara iki Mi-8 helikopteri, iki Su-30 qırıcısı, "Sergey Kotov", "İvanovets", "Sezar Kunikov" kimi iri döyüş gəmiləri və digər dəniz vasitələri daxildir. Ümumilikdə, dronlarla düşmənə yarım milyard dollardan çox ziyan vurulub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->