Hindistanda xəstəxanada öldüyü elan edilən və yandırılmağa hazırlanılan bir kişi möcüzəvi şəkildə həyata qayıdıb.
Hindistanın Rajasthan əyalətinin Chunjhunu şəhərində yaşayan, eşitmə və danışma qüsurlu 45 yaşlı Rohitaş zəif həyat əlamətləri göstərdikdən sonra xəstəxanaya çatdırılıb.
Qaynarinfo xəbər verir ki, xəstəxanada aparılan ilkin müdaxilədən sonra həkimlər onun öldüyünü elan ediblər və cəsəd morqa göndərilib. Rohitaş buz kimi bir morqda üç saat keçirib.
Rohitaşın cəsədi yandırılmaq üçün hazırlıq sahəsinə gətirilib və yandırılmasına dəqiqələr qalmış həyat əlamətləri göstərib. Morq işçiləri onun hələ sağ olduğunu anlayaraq təcili olaraq xəstəxanaya aparıblar.
Məsul şəxslər hadisə ilə bağlı açıqlama verərək səhvin ölüm səbəbini müəyyən etmək üçün yarlma aparılmaması ilə əlaqəli olduğunu bildiriblər.
Chunjhunu Polis Müfəttişi Şarad Çoudhuri deyib: "Şəxs xəstəxanaya ilk dəfə gələndə yanında heç bir qohumu olmayıb. Vəziyyəti pisləşib və həyat əlamətləri göstərməyib. Həkimlər yarılma aparmalı idilər, amma heç bir şey etməyiblət, sadəcə formal prosedurları yerinə yetirərək onu yandırılmağa göndəriblər".
Xəbər yerli mediada yayıldıqdan sonra polis hadisədə səhlənkarlıq göstərməkdə ittiham olunan baş həkim və üç həkimin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Aydın
Şərhlər