"Milla" markası kimi tanınan "Milla Dairy" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) inzibati məsuliyyətə cəlb edib.
Qaynarinfo-nun məlumatına görə, şirkətə qarşı Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq.
Sözügedən maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Azər Vahabzadə
Qeyd edək ki, nizamnamə kapitalı 239213155,9 manat olan "Milla Dairy" şirkətinin qanuni təmsilçisi Vahabzadə Azər Adil oğludur.
Xatıradaq ki, şirkətin əvvəlki adı "AZ FP CO LTD” MMC olub. Ona İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib.
Aydın
Şərhlər