Xəbər lenti

Nəhəng sunami buludu Portuqaliyada üç şəhəri birdən bürüdü (VİDEO)
Video 12:54 02.07.2025

Nəhəng sunami buludu Portuqaliyada üç şəhəri birdən bürüdü (VİDEO)

Avropada iqlim anomaliyaları sürətlə artır. Portuqaliya sahillərində istirahət edənlər nadir bir təbiət hadisəsinin — "rulon buludlarının” şahidi olublar. 

Qaynarinfo "Mirror” nəşrinə istinadla xəbər verir ki, bu atmosfer hadisəsi dəniz və hava arasında temperatur fərqi zamanı — adətən gün çıxanda və ya gün batanda yaranır. Klimatoloq Mariu Markiş izah edir ki, şiddətli istilər səbəbilə dəniz brizi qurunun içərilərinə daxil ola bilmir və nəticədə qalın, üfüqi şəkildə fırlanan bulud divarı əmələ gəlir.

Hazırda Portuqaliyada ekstremal temperatur qeydə alınıb — bəzi bölgələrdə istilik +43 °C-yə çatır. Yeddi bölgədə hava təhlükəsi üzrə "qırmızı səviyyə” elan olunub. Oxşar isti dalğaları İspaniya, İtaliya, Fransa, Almaniya və Böyük Britaniya da yaşanır. BMT-nin baş katibi Antoniu Quterreş "Anormal istilər artıq istisna deyil, yeni norma halını alıb” deyə bəyan edib və iqlim böhranına qarşı təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Bu arada İtaliyada güclü leysan faciəyə səbəb olub. Bardonekya şəhərində sel və palçıq axını yaşlı bir kişinin ölümünə gətirib çıxarıb. Yerli hakimiyyət bunu "su bombası” adlandırıb. Ümumilikdə ölkənin 21 şəhərində ən yüksək təhlükə səviyyəsi elan edilib. 

Fransada da istilər amansızdır. Parisdə sərinlədici mərkəzlər açılıb, yaşlılara və evsizlərə yardım gücləndirilib. Ölkənin cənubunda isə böyük meşə yanğınları başlayıb – 400 hektardan çox meşə sahəsi külə dönüb. Söndürmə işlərinə 300-dən çox yanğınsöndürən və xüsusi texnika cəlb edilib.

Türkiyədə meşə yanğınları kritik həddə çatıb. 50 min nəfərdən çox insan təxliyə olunub, İzmir aeroportu müvəqqəti bağlanıb. Alovla örtülən ərazilər üzərində təyyarə və helikopterlər su tökür, yerli əməliyyatlara yüzlərlə xilasedici cəlb olunub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->