Xəbər lenti

İdman 22:07 04.05.2025

"Neftçi" "Kəpəz"ə qalib gələ bilmədi

Misli Premyer Liqasının XXXIII turunda "Neftçi” "Kəpəz"lə heç-heçə edib.

Qaynarinfo-nun məlumatına görə, "Neftçi Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Aleks Fernandes (24-cü dəqiqə), Emin Mahmudov (90+6-cı dəqiqə) fərqlənib. Gəncə təmsilçisinin qollarını isə Luis Paçu (50-ci dəqiqə) və Camal Cəfərov (62-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu matçdan sonra xallarının sayını 29-a çatdıran "Kəpəz” 9-cu yerdə qərarlaşıb. "Neftçi” isə 37 xalla 6-cıdır.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a 1:0, "Qarabağ” isə "Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib. "Araz-Naxçıvan” - "Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->