Xəbər lenti

Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə yollandı
Siyasət 14:36 03.07.2025

Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə yollandı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

Qaynarinfo xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->