Xəbər lenti

Azərbaycanlı müəllim Mədinədə öldü - Bəqi qəbiristanlığında dəfn edildi
Ölkə 14:00 18.07.2025

Azərbaycanlı müəllim Mədinədə öldü - Bəqi qəbiristanlığında dəfn edildi

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.

Qaynarinfo Sumqayit24.az-a istinadən xəbər verir ki, 55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, dişlərini qıcıyıb və dili qatlanıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Sumqayıt şəhər 28 nömrəli məktəbin riyaziyyat müəllimi olan A.Əliyeva digər zəvvarların müşayiəti ilə Mədinədə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğəmbərin ailə üzvləri və xəlifələr də dəfn olunublar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->