Xəbər lenti

Keçmiş şöbə müdiri ilə DSFM arasındakı məhkəmənin təfərrüatları
Ekonomiks 17:18 17.04.2025

Keçmiş şöbə müdiri ilə DSFM arasındakı məhkəmənin təfərrüatları

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Lənkəran-Astara Regional Filialının Cəlilabad qəbul şöbəsinin keçmiş müdiri Nahid Rüstəmovla qurum arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, Nahid Rütsəmovun işə bərpa olunması ilə bağlı Yasamal Rayon Məhkəməsində qaldırdığı iddia təmin edilməyib. 

Keçmiş şöbə müdir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də birinci məhkəmə instansiyasının qərarını dəyişdirmədən saxlayıb. Nahid Rüstəmov hüquqi mübarizəsini damam etdirərək, Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. Ali Məhkəmə işi təkrar baxış üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. 

Qaynarinfo Nahid Rüstəmovla DSMF arasındakı məhkəmə çəkişməsinin təfərrütalarını öyrənmək üçün keçmiş şöbə müdiri ilə əlaqə saxlayıb. 

Nahid Rüstəmov bildirib ki, işdən çıxarılmasının heç bir qanuni əsası yoxdur. İşə bərpa barədə iddiasının təmin olunmaması isə heç də haqsız olması ilə əlaqədar deyil.

"İddiamın təmin olunmaması iddia müddətinin ötürülməsi ilə əsaslandırılıb" deyən keçmiş şöbə müdiri iddia müddətini ötürməsinə belə aydınlıq gətirib: "Əvvəla, Dövlət Sosial Müdafiə Fondu əmək kitabçamı ik ay sonra verib. Bundan başqa, övladımın xəstəliyi ilə əlaqədar müalicəyə başım qarışıb. Bütün bunları məhkəmədə də demişəm".

Keçmiş şöbə müdiri əlavə edib ki, apellyasiya instansiyası da Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra Ali Məhkəməyə kassasiya şikayəti verməklə yanaşı, bu instansiyaının rəhbərliyinin qəbulunda da olub: 

"Ali Məhkəmənin sədr müavininin qəbulunda oldum. Məsələni bütün detalları ilə diqqətə çatdırdım. Bundan əlavə, Prezident Adminstrasiyasına müraciət ünvanlamışdım. İstər Ali Məhkəmə, istərsə də, müraciət etdiyim qurumlar məsələyə obyektiv yanaşdılar. Bu baxımdan, Ali Məhkəmə kassasiya şikayətimi təmin etdi. Qərarda xüsusi ilə qeyd edildi ki, iddiama müddətin ötürülməsi məsələsi əsas gətirilmədən baxılmalıdır. İnanıram ki, nəhayət, ədalətli qərar çıxarılacaq".

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->