"Liverpul"un və Portuqaliya millisinin futbolçusu Dioqo Yota avtomobil qəzasında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
İdman qəzetinin məlumatına görə, hadisə İspaniyanın qərbindəki Zamora əyalətində baş verib. Futbolçu 28 yaşında həlak olub.
"Liverpul"un hücumçusu Yota İspaniyanın qərbində A-52 magistralının 65-ci kilometrliyində qəzaya uğrayıb. Hər şey yerli vaxtla saat 00:40-da baş verib", deyə "Marca" qəzeti yazıb.
Nəşr qeyd edib ki, idmançının olduğu avtomobil yoldan çıxaraq aşıb və yanıb. Qəza zamanı maşında onun qardaşı da olub.
Qeyd edək ki, Yota karyerası ərzində Portuqaliyanın "Paços de Ferreyra", "Portu", İspaniyanın "Atletiko Madrid", İngiltərənin "Volverhempton" klubunda çıxış edib. O, 2020-ci ildə "Volverhempton"dan "Liverpul"a 44,7 milyon avroya keçib. Futbolçu "Liverpul"la İngiltərə çempionu, Federasiya Kuboku, Liqa Kuboku və Çempionlar Liqasını qazanıb.
Yota 2019-2025-ci illərdə Portuqaliya millisində 49 oyun keçirib və 14 qol vurub. O, milli ilə 2018/19 və 202425 mövsümündə Millətlər Liqasının qalibi olub.
Aydın
Şərhlər