Xəbər lenti

İranda məhkəmə binasına silahlı hücum - Beş nəfər öldü
Dünya 12:47 26.07.2025

İranda məhkəmə binasına silahlı hücum - Beş nəfər öldü

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim News” agentliyi məlumat yayıb.

Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib.

Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Döyüş bir neçə saat davam edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->