Xəbər lenti

Çinin okeandakı gizli müharibə adası: Raket sığınacaqları, böyük anqarlar...
Dünya 18:49 02.08.2025

Çinin okeandakı gizli müharibə adası: Raket sığınacaqları, böyük anqarlar...

Çinin suverenlik iddiasında olduğu Cənubi Çin dənizindəki gizli hərbi adası üzə çıxıb. 

Qaynarinfo xəbər verir ki, peyk görüntülərində 3200 hektarlıq ərazidə yerləşən hərbi bazada geniş uçuş zolaqları, raket sığınacaqları və iri təyyarələr üçün nəhəng hangarlar müşahidə olunub.

"The Independent" qəzetində yer alan məlumata əsasən, Asiya dəniz təhlükəsizliyi məsələlərini izləyən Asiya Dəniz Şəffaflığı Təşəbbüsü ("AMTI") tərəfindən yayımlanan görüntülərdə, Çinə məxsus yüksək səviyyəli hərbi infrastrukturun mövcudluğu sübut edilib. İnfrastrukturun tərkibinə geniş uçuş zolaqları, raket sığınacaqları və iri təyyarələr üçün hangarlarla yanaşı müxtəlif radar və rabitə sistemləri də daxildir.

AMTI-nin direktoru Qreqori Polinq bildirib ki, bu ada ərazisində limanlar, 72-dən çox döyüş təyyarəsini yerləşdirə bilən anqarlar, yer-hava və gəmi əleyhinə qanadlı raket mövqeləri mövcuddur. O, həmçinin bu hərbi bazaların "insanlıq tarixindəki ən sürətli kütləvi qazıntı və dolğu işləri nəticəsində” inşa edildiyini vurğulayıb.



Çinin bölgədəki hərbi mövcudluğu artır

AMTI-nin məlumatına görə, Çin hazırda Parasel adalarında 20, Spratli adalarında isə 7 qabaqcıl stansiya mövqeyinə sahibdir. Bu stansiyaların dördü tam fəaliyyətə keçərək hərbi dəniz və hava bazalarına çevrilib.

2025-ci ilin mayında əldə olunan görüntülərdən birində, Çinə məxsus ən müasir bombardmançı təyyarələrdən olan iki ədəd H-6-nın Parasel adalarına endiyi müşahidə olunub. Ekspertlər bu addımı Filippin və ABŞ-a açıq mesaj kimi qiymətləndiriblər. H-6 bombardmançıları 2024-cü ilin iyul ayında ilk dəfə ABŞ materikinə yaxın məsafədə uçuş həyata keçiriblər.



Çin bütün bölgə üzərində iddia irəli sürür

Pekin rəhbərliyi yalnız Tayvanla deyil, həmçinin İndoneziya, Malayziya, Filippin, Vyetnam və digər ölkələrin də iddialı olduğu Cənubi Çin dənizinin demək olar ki, tamamı üzərində suverenlik iddiasını davam etdirir. Çin bu hərbi genişlənmənin müdafiə məqsədli olduğunu və öz ərazi bütövlüyünü qorumaq məqsədi daşıdığını bildirir.

Lakin beynəlxalq bir arbitraj məhkəməsi Çin tərəfinin bu iddialarının və hərbi genişlənməsinin beynəlxalq hüquqa əsaslanmadığına dair qərar qəbul edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->