Xəbər lenti

Bakıda bu ərazidə söküntü aparılır - Yeni park salınacaq
Video 09:05 14.05.2025

Bakıda bu ərazidə söküntü aparılır - Yeni park salınacaq

Bakıda yeni bir park salınır. Artıq ərazidə söküntü işləri də aparılıb.

Qaynarinfo xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, 8-ci Zavod küçəsi adlanan ərazidən gedir. Belə ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, sözügedən yerdə işlər bir neçə aydır başlayıb.

Artıq ərazidəki müxtəlif təyinatlı binalar eyni zamanda yaşayış evləri sökülüb.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, estetik görkəmin yenilənməsi ilə əlaqədar olaraq ərazidə layihələndirmə işləri həyata keçirilib.

Verilən məlumata görə, işlərin qısa vaxt ərzində başa çatdrılması planlaşdırılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->