Xəbər lenti

Azercell-dən
Ekonomiks 12:47 14.07.2025

Azercell-dən "Premium" tarif istifadəçilərinə 6 aylıq pulsuz "Wolt+" abunəliyi!

Azercell "Premium+” loyallıq proqramı çərçivəsində "Premium” tarif istifadəçilərinə daha bir üstünlük təqdim edir. Yeni kampaniya çərçivəsində "Premium” tarif abunəçiləri "Wolt+” xidmətindən 6 ay ərzində ödənişsiz istifadə imkanı əldə edirlər.

"Wolt+” abunəliyinə qoşulan istifadəçilər restoran və mağazalardan pulsuz çatdırılma, "take away” sifarişlərində 10% endirim və eksklüziv təkliflərdən faydalana bilərlər. Bu üstünlüklər müştərilərə gündəlik sifarişlərini daha rahat və sərfəli etməyə şərait yaradır.

Kampaniyadan yararlanmaq üçün "Premium” tarif abunəçilərinin "Azercell” mobil tətbiqinə daxil olaraq "Wolt+” bannerinə klik etmələri kifayətdir. Bu zaman istifadəçilər avtomatik olaraq "Wolt” tətbiqinə yönləndirilir və kampaniyaya qoşulmaq üçün təqdim olunan xüsusi promo kod aktivləşdirilir. Qeyd olunan mərhələlər tamamlandıqdan sonra istifadəçilər 6 aylıq "Wolt+” abunəliyindən faydalana bilirlər.

Bu və digər üstünlüklər haqqında ətraflı məlumat üçün:  

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->