Xəbər lenti

Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
Ölkə 12:42 14.07.2025

Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıb. Deputatlar iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. 

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Qeyd edək ki, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->