"Turan Tovuz"un futbolçusu Emmanuel Hakman Toqo millisinə dəvət alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, növbəti 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.
Şərhlər