Yaponiyanın Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrınadək olan hesabat dövründə ölkə əhalisi 550 min nəfər azalıb.
Qaynarinfo xəbər verir ki, bu, ardıcıl 14-cü ildir Yaponiyada əhali sayında azalma qeydə alınır. Hazırda ölkənin ümumi əhalisi 123,8 milyon nəfər təşkil edir.
Ən kəskin azalma Yapon vətəndaşları arasında müşahidə olunub - bu kateqoriyada əhali sayı 898 min nəfər azalıb ki, bu da 1968-ci ildən bəri aparılan rəsmi statistika tarixində ən böyük illik azalma göstəricisidir.
Ölkədə əhalinin qocalması prosesi də davam edir. 15 yaşdan aşağı uşaqlar ümumi əhalinin cəmi 11,2 faizini təşkil edir - bu isə 13,83 milyon nəfərdir. Bu göstərici əvvəlki illə müqayisədə 343 min nəfər azdır və tarixdə ən aşağı səviyyəyə enib. Digər tərəfdən, 65 yaşdan yuxarı yaşlıların sayı artmaqda davam edir. 2024-cü ildə onların sayı 17 min nəfər artaraq 36,24 milyon nəfərə çatıb və bu yaş qrupu artıq ümumi əhalinin 29,3 faizini təşkil edir.
Aydın
Şərhlər