ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlo bu həftə Bakıya gələcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" hesabında məlumat yayıb.
Emi Karlon ABŞ-ın Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb. O, ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.
E.Karlo bundan əvvəl Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. O, İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.
Qeyd edək ki, iyulun 1-də ABŞ-nin sabiq müvəqqəti işlər vəkili Hüqo Qevaranın Azərbaycandakı diplomatik missiyası başa çatıb.
Şərhlər