Xəbər lenti

Sənət 16:04 02.07.2025

"Kurtlar Vadisi"nin məşhur aktyoru öldü (FOTO)

"Kurtlar Vadisi" serialında Cevat Akarsu obrazı ilə tanınan türk aktyor Şekip Taşpınar dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə aktyorun meneceri Temmuz Karıkutal açıqlama verib:

"Bu səhər dəyərli aktyor Şekip Taşpınarı itirdiyimə görə çox üzüldüm. Onunla çox şey paylaşdıq. Mekanın cənnət olsun, qardaş!".



Qeyd edək ki, Şekip Taşpınar 2023-cü ildə uzun müddət spirt zəhərlənməsindən müalicə almışdı. O, mayın 9-da sosial media hesabından sonuncu dəfə öz şəkilini paylaşmışdı.



Mehmet Şekip Taşpınar 10 fevral 1969-cu ildə Ankarada anadan olub. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasını bitirib. Teatra 1988-ci ildə Ankara Halk Oyuncuları Teatrında başlayıb. 1990-1994-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. 1995-1998-ci illərdə Ankara Dövlət Teatrında çalışıb. 1999-cu ildə Adana Dövlət Teatrına təyin olunub. 2000-2003-cü illərdə Çukurova Universiteti Dövlət Konservatoriyasında aktyorluq, diksiya və fonetikadan dərs deyib. 1988-ci ildən TRT və digər kanallarda səs aktyoru olub. 2009-cu ildə "Kurtlar Vadisi Pusu" serialında canlandırdığı Cevat Akarsu obrazı ilə tanınıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->