Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi (FOTO)
Ölkə 09:18 29.07.2025

Xalq artistinin oğlu vəfat etdi (FOTO)

Azərbaycanın Xalq artisti Həsən Məmmədovun oğlu Əvəz Məmmədov iyulun 29-na keçən gecə 57 yaşında dünyasını dəyişib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Məlumata görə, Ə.Məmmədov 1968-ci ildə Bakı şəhərində doğulub. O, BDU-nun hüquq fakültəsini bitirib. Ə.Məmmədov Salyan rayon polis şöbəsində və Bakı şəhər Nərimanov Məhkəməsində çalışıb.

Daha sonra isə Nərimanov rayon Polis İdarəsində baş təhqiqatçı vəzifəsini icra edib. O, 2013-2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində baş təhqiqatçı vəzifəsində də işləyib.

Xalq artistinin övladının dəfn mərasimi bu gün Yasamal qəbirstanlığında olacaq.//Teleqraf 
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->