Kinematoqrafçılar İttifaqı Azərbaycan Film Festivallarının maliyyələşmə mexanizmindən narazıdır.
Bu barədə Qaynarinfo-ya sözügedən ittifaqdan məlumat verilib.
Bildirilib ki, ötən il Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi vasitəsilə festival heyətlərindən ikisi dəstək alsa da, vəsait festivallar bitəndən sonra ünvanına çatıb:
"Qrant müsabiqəsinin keçirilmə vaxtı ilə festivalların təqviminin üst-üstə düşməməsi işçi heyətlərini çətinə salır. Bir qayda olaraq festivalın açılış gününə ən azı 3 ay qalmış maliyyələşməlidir. Oturuşmuş Avropa festivallarında festival direksiyası ilboyu maliyyələşən bir qurumdur".
Əlavə edilib ki, payız ayları Bakıda film festivalı mövsümüdür:
"Animafilm Festival", "DokuBaku International Documentary Film Festival", "Bakı Beynılxalq Film Festivalı" film qəbulunun son mərhələsindədirlər. Hər üç festivalın maliyyəsi isə sual altındadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə festival heyətlərinin kommunikasiyası göstərir ki, tədbirlərin maliyyələşməsi yenə problem olaraq qalır".
İttifaq festivalların maliyyə problemlərinin birdəfəlik həll etməsini istəyir:
"ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn qalibləri, beynəlxalq festivallarda iştirakla bağlı operativ addımlar atdı. Festivalların maliyyələşməsi ilə bağlı aidiyyatı qurumların şəffaf mövqeyinin ortaya qoyulması kino prosesinə dəstək olardı".
Bahar Rüstəmli
Şərhlər