13 may 2025-ci il tarixində Şamaxı rayon Ə.Xəqani adına Mədəniyyət Mərkəzində əməkdar mədəniyyət işçisi Sahibə Abdullayevanın xanəndəlik sənəti üzrə ustad dərsi keçirilib.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Şamaxı üzrə nümayəndə Rəfail Tağızadə tanınmış sənətkarı təqdim etdikdən sonra "Eşq” ansamblının solisti Ruslan Adıgözəlovun aparıcılığı ilə iştirakçılar növbəli şəkildə səhnəyə dəvət edilib, ifalar dinlənərək sənətkar tövsiyyəsi verilib.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət məktəblərinin xanəndəlik sinfində təhsil alan iştirakçıların ifaları xüsusi maraqla qarşılanıb.
Sonda Sahibə Abdullayeva regionumuzda istedadlı xanəndələrin yetişməkdə olduğunu vurğulayaraq bütün iştirakçılara festivalda uğurlar arzulayıb.
Şərhlər