Xəbər lenti

Türkiyədən Azərbaycana hazır geyim ixracı niyə azalıb? (ŞƏRH)
Ekonomiks 19:01 08.04.2025

Türkiyədən Azərbaycana hazır geyim ixracı niyə azalıb? (ŞƏRH)

"Türkiyənin hazır geyim məhsullarının ixracındakı azalma fərdi sifarişlərlə bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Türkiyədən Azərbaycana hazır geyim ixracının azalması səbəblərini açıqlayarkən deyib. Ekspertin sözlərinə görə, Azərbaycanda əhalinin böyük hissəsi artıq "Trendyol”, "Temo” və s. kimi onlayn ticarət platformaları üzərindən sifariş edirlər:

"Onlar hazır geyim sifarişlərini xeyli dərəcədə artırıblar. Şəxslərin onlayn platformalar üzərində geyim sifarişləri rəsmi statistikaya daxil deyil. Onu rəsmi statistikaya daxil etmək mümkün də deyil. Çünki Gömrük Komitəsindən keçən məhsullar ancaq kommersiya məqsədi ilə gətiriləndə fiziki və hüquqi şəxslər tərəfindən qeydiyyatdan keçir”.
 


Natiq Cəfərli vurğulayıb ki, fərdi qaydada edilən sifarişlər bu statistikaya daxil edilmir:

"Əsas səbəb onlayn sifarişlərin artmasıdır”.

Qeyd edək ki, Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Məlumatda 2025-ci ilin yanvar–mart aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azalaraq, 12 milyon 615 min dollara bərabər olduğu bildirilir.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->