Xəbər lenti

“Tour de France”da velosipedçilər hücuma məruz qalıbmış (VİDEO)
İdman 21:10 07.08.2023

“Tour de France”da velosipedçilər hücuma məruz qalıbmış (VİDEO)

"Tour De France” iştirakçıları ötən ay San Sebastyanda keçirilən ikinci mərhələnin son kilometrlərində yola qoyulmuş sancaqlar vasitəsilə hücuma məruz qalıblar.

Qaynarinfo "İndependent”ə istinadən xəbər verir ki, yarış radiosu finiş xəttinə təxminən 20 kilometr qalmış bir sıra təkərlərin deşildiyini və bundan 15-20 sürücünün təsirləndiyini elan edib. Yarış iştirakçılarından biri Lilian Kalmecan şəxsi tvitter səhifəsində də paylaşım edib. O, ön təkərlərə batan kiçik iti sancaqları video vasitəsilə göstərib və "Belə insan cəfəngiyatına görə təşəkkür edirəm. Düşünürəm ki, bu yaxınlarda təkərin yanmasından əziyyət çəkən tək mən deyiləm... Bilin ki, sizin boşboğazlığınıza görə yıxıla və ciddi zədə ala bilərik, ey axmaqlar” - sözlərini yazıb. Hadisələrdən sonra yarışın təşkilatçıları araşdırmalara başlayıb.

Velosipedlərinin təkərlərinin deşilməsinə baxmayaraq bəzi velosipedçilər yapışdırıcılar və sair vasitələrlə finişə çata biliblər.
 


Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->