Bu gün Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı” kimi tanınan ərazidə yanğın baş verib.
Qaynarinfo Fövqalədə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın tam söndürülüb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər