Fransa Çinin "Shein” onlayn mağazasını aldadıcı biznes təcrübələrinə görə 40 milyon avro cərimələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın Rəqabət, İstehlak və Vergidən Yayınma ilə Mübarizə üzrə Baş İdarəsi (DGCCRF) məlumat yayıb.
"DGCCRF araşdırması "Shein" məhsullarının satışına cavabdeh olan "Infinite Style E-commerce LTD" (ISEL) şirkətinin təqdim olunan endirimlərin reallığı və məhsulların ekoloji təmizliyi ilə bağlı iddiaların əsaslılığı barədə istehlakçıları çaşdırdığını aşkar etdi", deyə açıqlamada qeyd edilib.
Bildirilir ki, araşdırma 2022-ci ilin oktyabrından 2023-cü ilin avqust ayının sonuna kimi aparılıb. Göstərilən müddət ərzində saytda həddindən artıq endirimlər olub ki, bu da məhsulun qiymətinin qısa müddətə artırılması ilə əldə edilib.
Mütəxəssislər qeyd ediblər ki, əslində reklamların 57%-i real qiymət endirimi təklif etməyib, 19%-də isə qeyd olunandan aşağı olub. Bundan əlavə, 11% hallarda məhsulun real qiyməti hətta artıb.
Bundan əvvəl "Bloomberg" məlumatlı mənbəyə istinadən yazıb ki, "Shein" onlayn mağazasının istehsalının bir hissəsini Çindən kənara çıxarmaq planları ölkə hökuməti tərəfindən təsdiqlənməyib.
Aydın
Şərhlər