Xəbər lenti

Starmer: Qəzzada sülhə aparan addımlardan biri Fələstinin tanınması olmalıdır
Dünya 23:18 26.07.2025

Starmer: Qəzzada sülhə aparan addımlardan biri Fələstinin tanınması olmalıdır

Böyük Britaniyanın baş naziri Kir Starmer bəyan edib ki, Qəzza sektorunda uzunmüddətli sülhə nail olmaq üçün atılacaq addımlardan biri "Fələstin dövlətinin tanınması” olmalıdır.

Qaynarinfo xəbər verri ki, bu barədə Starmerin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, "Qəzzadakı dəhşətli hadisələr hələ də davam edir”.

"Ən yaxın müttəfiqlərimizlə birlikdə regionda sülh yolunun tapılması üçün çalışıram və diqqətimi bu müharibədən əziyyət çəkən insanların həyatını həqiqətən dəyişəcək praktik həll yollarına yönəltmişəm”, - Starmer deyib.

Starmer bölgədə davamlı sülhə nail olmaq üçün görülməli olan tədbirlər arasında "Fələstin dövlətinin tanınmasını” da göstərib:
"Buna qəti şəkildə inanıram. Lakin bu addım nəticədə iki dövlətli həllə və fələstinlilər ilə israillilər üçün davamlı sülhə gətirib çıxaracaq daha geniş planın bir hissəsi olmalıdır.

Bu, əziyyət çəkənlərin həyatını yaxşılaşdırmaq üçün ən faydalı yoldur. Əlbəttə ki, bu hər zaman bizim əsas məqsədimiz olacaq”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl bəyan etmişdi ki, ölkəsi Fələstini dövlət kimi tanıyacaq və bununla bağlı rəsmi açıqlamanı sentyabrda BMT Baş Assambleyasında verəcək. O, həmçinin Qəzzada dərhal atəşkəsin elan olunmasını, girovların azad edilməsini, mülki əhaliyə humanitar yardımın çatdırılmasını və İsraili tanıyan, hərbiləşdirilməmiş, yaşama qabiliyyətinə malik Fələstin dövlətinin yaradılmasını təklif etmişdi.

ABŞ-ın dövlət katibi Marko Rubio isə Fransanın bu niyyətinə kəskin etiraz edərək, Makronun Fələstini dövlət kimi rəsmi tanımaq planını ABŞ-ın qəti şəkildə rədd etdiyini bildirmişdi.
Böyük Britaniya, Fransa və Almaniya isə Qəzza sektorundakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış etmişdilər. 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->