Xəbər lenti

Sabir Hacıyev
Siyasət 13:24 05.10.2024

Sabir Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi

Sabir Kamal oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sabir Hacıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olan Sabir Hacıyevin bu gün 70 yaşı tamam olur. O, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->