Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib.
Bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzində, K. Hüseynov isə MÜTDA-da çalışıb.
Şərhlər