Xəbər lenti

Nazirlərin Nyu York görüşündən nə gözləyək? - Sabiq nazirdən açıqlama
Siyasət 12:16 26.09.2024

Nazirlərin Nyu York görüşündən nə gözləyək? - Sabiq nazirdən açıqlama

"Doğrusu XİN rəhbərlərinin bu görüşündən heç nə gözləmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu gün Nyu Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında olacaq görüşü şərh edərkən deyib.

Sabiq nazir bildirib ki, Kreml Paşinyana Nyu-Yorkda hansısa real addımlar atmağa icazə verməz:

"Bəllidir ki, Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Əminəm ki, bu cür davranışı da Rusiyanın təsiri altında həyata keçirir. Kreml İrəvana icazə vermir. Moskva Paşinyana imkan verməz ki, Nyu Yorkda hansısa real addımlar atsın və Azərbaycanın məntiqə uyğun tələblərini qəbul etsin. Bir sözlə, Ermənistan burada ikili oyun oynayır. O baxımdan da XİN rəhbərlərinin baş tutacaq görüşündən heç bir gözləntim yoxdur".
 


Belə bir görüşün keçiriləcəyilə bağlı danışıq aparan ölkə rəsmilərinin əvvəlcədən məlumat verməmələrinə gəlincə, Tofiq Zülfüqarovun fikrincə, bu görüşün təşkilatçısının ABŞ olması ilə bağlıdır:

"Görüş Amerika ərazisində baş verir. ABŞ-ın da bu istiqamətdə fəallığı seçki maraqları ilə bağlı addımdır".
 
Qeyd edək ki, bu gün Nyu Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tuatacaq görüş Nyu York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->