Xəbər lenti

Nazir corab satmaqla iynə-dərmanını alan aktyora zəng vurub nə deyib?
Sənət 12:50 25.07.2025

Nazir corab satmaqla iynə-dərmanını alan aktyora zəng vurub nə deyib?

"İki ildir ki, səhhətimlə bağlı Mədəniyyət Nazirliyinə müraciət edirəm. Adil müəllim təzə gələndə iki dəfə mənə zəng edib. Deyib ki, problemin həll olunacaq. Söhbət puldan getmir, əsas diqqətdir.  Mən də bu diqqəti görmədim”.

Bunu Qaynarinfo-ya açıqlamasında aktyor Allahverdi Yolçuyev deyib. Aktyor iynəsinin birinin 100 manat olduğunu bildirib:

"50 ildir ki, bu sənətdəyəm, nə qədər ağrılı günlər görmüşəm. Amma bunun kimisini görmədim. Qurban olum xalqıma, insanlar kömək edir, nə yaxşı ki, onlar var, yoxsa ölmüşdüm. Üzümü tuturam aidiyyatı qurumlara, mənə dəstək olun, 336 manat mənim aylıq dərmanlarıma çatmır. Ayağıma vurulan iynənin birinin qiyməti 100 manatdır. Çox vaxt onu da almağa pulum olmur”.

Aktyor dərmanlarının pulunun corab satışından gəldiyini xatırladıb:

"Ayıb deyil, bunu satmaqdan utanmıram. Amma neynəyim, bu ayaqla olsa da, satmalıyam ki, gündəlik dərmanlarımı alım. Nazirə dedim ki, imkan varsa, məni işə düzəldin, heç kəsə ağız açmayım. Əvvəl Musiqili Teatrda işləmişəm. Deyir, yer yoxdur. Yaxşı mən neyləyim? Bəs mən də bu dövlətə xidmət etmişəm. Məni bir işlə təmin edin ki, əlimə aylıq pul ala bilim. Ömrü boyu kimdənsə nəsə götürməmişəm. İndi bir az pis çıxır, niyə onun-bunun əlinə baxmalıyam ki? Axı mən aktyoram”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->