Xəbər lenti

Dünyanın yeddi möcüzəsindən birinin altında 2000 illik qəbir tapıldı
Dünya 17:51 25.07.2025

Dünyanın yeddi möcüzəsindən birinin altında 2000 illik qəbir tapıldı

İordaniyada, dünyanın yeddi möcüzəsindən biri sayılan qədim Petra şəhərinin altında 2000 illik qəbir aşkar edilib. 

Qaynarinfo xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, məşhur qaya məbədi "Əl-Xaznə" - yəni "Fironun xəzinəsi" kimi tanınan tikilinin altından azı 12 nəfərin qalıqları olan qəbirxana aşkarlanıb.

Qeyd olunur ki, Petra ərazisində qazıntılar ötən il başlayıb. Həmin vaxt Amerikan Araşdırmalar Mərkəzinin icraçı direktoru Pirs Pol Krisman və onun arxeoloqlardan ibarət komandası "Əl-Xaznə"nin altında 12 insan skeleti tapmışdı. İndi isə mütəxəssislər müəyyən ediblər ki, bu, bütöv bir qədim qəbir kompleksidir və tapılan qalıqlar 2000 il əvvəl yaşamış insanlara aiddir.

"Bu, olduqca nadir tapıntıdır. Son iki əsrdə Petra arxeoloqlar tərəfindən araşdırılır, lakin bu cür kəşfə ilk dəfədir rast gəlinir. Dünyanın ən məşhur binalarından birinin yanında belə böyük bir tapıntının mümkünlüyü inanılmazdır", deyə "Discovery Channel"in aparıcısı Coş Qeyts bildirib. O, qazıntı sahəsinə dəvət olunan qonaqlardan biridir.

Məlumata görə, arxeoloqlar bu ərazidə əlavə qəbirxanaların mövcudluğunu təsdiqləmək üçün torpağın qabaqcıl tədqiqat texnologiyasından istifadə ediblər. Alınan nəticələr daha əvvəl bu bölgədə aşkar olunmuş digər qəbir yerlərinin məlumatları ilə üst-üstə düşüb.

Pirs Pol Krismanın sözlərinə görə, tapılmış artefaktlar yaxşı vəziyyətdə qalsa da, insan qalıqları müəyyən dərəcədə zədələnib. O, bunun səbəbini Petranın yüksək rütubəti və mövsümi daşqınlarla əlaqələndirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->