ABŞ-ın sabiq birinci xanımı Mişel Obama əri Barak Obama ilə boşanma barədə yayılan şayiələr fonunda bir müddətliyinə Avropaya köçmək arzusundadır.
Qaynarinfo bu barədə "The Sun"a istinadən xəbər verir.
Cütlüyə yaxın bir mənbənin bildirdiyinə görə, Mişel Obamanın hələ yeniyetməlik illərindən bəri ABŞ-dan kənarda yaşamaq arzusu olub. Məlumata görə, tanınmış iş qadını jurnalistlərdən və paparatsilərdən uzaq qalmaq üçün Avropada yaşamaq barədə ciddi düşünür.
"Terasda espresso içmək, pirojna yemək, adi bir insan kimi küçələrdə gəzmək, diqqət çəkmədən yaşamaq və işıqlardan uzaqlaşmaq - bunlar Mişelin yaxın gələcəkdə çatmaq istədiyi məqsədlərdir. O, Fransa, İtaliya, İspaniya, Yunanıstan - bu Aralıq dənizi ölkələrinin hamısını sevir. Orada həyat tərzi daha yavaşdır və hər şey daha sadədir", deyə mənbə əlavə edib.
Bildirilir ki, Mişel Obama bir neçə aylığına ABŞ-dan ayrılmaq istəyir. Lakin bu müddət ərzində sabiq prezident Barak Obamanın onu müşayiət edib-etməyəcəyi hələlik məlum deyil.
Mart ayında Barak Obamanın həyat yoldaşı olmadan ictimaiyyət qarşısına çıxması onların münasibətlərinin pozulması ilə bağlı şayiələri gücləndirib. Sabiq prezident "Clippers" komandasının sahibi Stiv Balmer və onun həyat yoldaşı Konni Snayder ilə birlikdə "Intuit Dome" stadionunda keçirilən oyunu izləyib və "Clippers"in "Detroit Pistons" üzərində 123:115 hesablı qələbəsinə şahidlik edib. Sosial şəbəkələrdə bir çox izləyici Mişel və Barak Obamanın artıq birlikdə olmadığını ehtimal edib.
Qeyd edək ki, daha əvvəl aktrisa Cennifer Eniston Barak Obama ilə romantik münasibətdə olması barədə yayılan şayiələrə də reaksiya vermişdi.
Aydın
Şərhlər