Xəbər lenti

Lionel Messi:
İdman 16:24 18.04.2025

Lionel Messi: "Qvardiola futbola ziyan vurdu"

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi Pep Qvardiolanın "Barselona"da işlədiyi zaman istəmədən futbola zərər verdiyini deyib.

Qaynarinfo xəbər verir ki, futbolçu bu barədə "Simplemente Futbol" adlı "YouTube" kanalına müsahibəsində danışıb.

"O, futbolu dəyişdi. Hər kəs bizi kopyalamaq istəyirdi. Əslində, bu yolla o, istəmədən oyuna zərər verdi: insanlar bunu necə edəcəyini anlamadan bizim "Barselona" kimi oynamağa çalışırdılar. Yarımmüdafiədə Xavi, İnyesta və Busketsdən ibarət xüsusi komandamız var idi. Məşqçi və oyunçuların mükəmməl kombinasiyası yaranmışdı", deyə Messi bildirib.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"nın əsas komandasını çalışdırıb. Messi bu müddətdə onun rəhbərliyi altında oynayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->