Lionel Messi Bakıda Qarabağ atlarını izlədi (FOTO/VİDEO)
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıda Qarabağ atlarını izləyiblər.
"Report" xəbər verir ki, adıçəkilənlər maraqlı anlar yaşayıblar və gördüklərindən məmnun qalıblar.
Bu gün həmçinin Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.
Biletlərin satışından əldə olunacaq vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər