Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmli teatrın direktoru, Əməkdar artist İntiqam Soltanı məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, buna səbəb onun işdən çıxarılması olub. Elçin Məhərrəmli Mingəçevir Şəhər Məhkəməsində işə bərpa tələbi ilə iddia qaldırıb. Məhkəmə onun iddiasını təmin edib.
Teatrın direktoru İntiqam Soltan isə qərarla razılaşmayaraq apelyasiya şikayəti verib. Onun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.
Qərarla razılaşmayan İntiqam Soltan işdən ayrılmaq qərarına gəlib. Hətta onun direktor vəzifəsindən çıxması ilə bağlı ərizə yazdığı da deyilir.
Məsələ ilə bağlı teatrın direktoru, Əməkdar artist İntiqam Soltanla əlaqə saxladıq. İntiqam Soltan Qaynarinfo-ya açıqlamasında hazırda vəzifəsini icra etdiyini bildirib:
"Mingəçevir Şəhər Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi Mingəçevir Dövlət Dram Teatrına qarşı haqsız mövqelərini ortaya qoydular, vəssalam. Mən onların qərarı ilə qəti razılaşmıram".
Bahar Rüstəmli
Şərhlər