Xəbər lenti

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi (FOTO)
Foto 12:21 13.01.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yollanıb.

Qaynarinfo xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->