Xəbər lenti

İki rayonda olimpiya idman kompleksi tikiləcək - 15,6 milyon xərclənəcək
İdman 09:58 10.04.2025

İki rayonda olimpiya idman kompleksi tikiləcək - 15,6 milyon xərclənəcək

Gəncə və Qəbələ şəhərlərində olimpiya idman kompleksləri tikiləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində müvafiq işlərə start verilib.

Belə ki, nazirlik Gəncə Olimpiya İdman Kompleksinin tikintisi işlərini "Modern Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), Qəbələ Olimpiya İdman Kompleksinin tikintisini isə "The Best Constructions” MMC-yə həvalə edib və müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, nazirlik sözügedən işlərin müqabilində "Modern Construction” MMC-yə 8,3 milyon manat, "The Best Constructions” MMC-yə isə 7,3 milyon manat ödəyəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->