Xəbər lenti

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı
Ölkə 17:17 26.04.2025

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəblə bağlı yayılan video ilə əlaqədar vətəndaş müraciətinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanıb.

Bu barədə "Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsi ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbdə pul yığıldığına dair videogörüntü yayılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->