Xəbər lenti

Dünya kubokunda yarışacaq idmançımız:
İdman 14:44 26.05.2022

Dünya kubokunda yarışacaq idmançımız: "Sakit hava olsa, heç nə…"

İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran Pri-2022 yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov oldu.
 
Qaynarinfo xəbər verir ki, həmvətənimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qalib gələrək qızıl medal qazandı. Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə də nail olub. Bakıda keçiriləcək dünya kubokunda da iştirak edəcək idmançımız bu gün keçirilən brifinqdə juralistlərin suallarını cavablandırıb, şansları dəyərləndirib:

"Qranadada təzəlikcə Qran-pri keçirildi. Yenicə qayıtdım. Orada bir növ üzrə iştirak etdim və qalib gəldim. Hansı ki, həmin yarışda məşhur idmançılar da iştirak edirdi. İkinci yerə çıxan idmançı Tokioda keçirilən son Olimpiadada gümüş medal qazanmışdı. Təəssüf ki, ikinci növ üzrə iştirak edə bilmədim. Çünki Bakıda dünya kuboku başlayır. Bu üzdən məcburən bir qədər tez qayıtdım”.

- Psixoloji baxımdan hazırlıq nə yerdədir?

- Yaxşı formadayam. Bildiyiniz kimi yenicə qələbə qazanıb qayıtdım. Sadəcə, əslində bu idman növündə evdə güllə atmaq daha çətindir. Çünki hamı səndən nəsə gözləyir. Burada psixoloji gərginlik çox olur. Yenə də maksimal nəticə göstərməyə çalışırıq.

- Həm özünüzün həm də digər təmsilçilərimizin şanslarını necə qiymətləndirirsiniz?

- Şanslarımız, həmçinin çox qəşəng kompleksimiz, yaxşı idmançılarımız var. Medal qazanmağa çalışacağıq. Əlbəttə, hər idmançı kimi qızıl medal qazanmaq istərdim. Yenə də bu, idmandır. Necə alınacaq, görəcəyik.

- Ən çətin rəqib kimi hansı ölkə idmançılarını görürsünüz?

- Əsasən, 25 metr məsafədən sürətli atəş növü üzrə yarışıram. Bu növ üzrə ən güclü rəqiblərim Almaniya və Fransa atıcıları olacaq.

- Ev sahibi olmaq hər hansı bir üstünlük verirmi?

- Məncə az miqdarda verir. Üstünlük ondadır ki, mənim tirim buradadır və illərdir məşq edirəm. Burada işıq və küləyə öyrəşmişəm. Amma 3-4 il əvvəl bura gəlib yarışanlar üçün bəlkə də bir qədər narahatlıq olacaq. Yenə də bu 5-10 faiz fərq edə bilər. Ümumilikdə mənim üçün daha rahatdır. Çox güclü külək olsa, üstünlük qazana bilərəm. Çünki Avropada belə külək olmur. Mən buna öyrəşmişəm. Sakit hava olsa, heç nə… (gülür).

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->