Xəbər lenti

Azərbaycanın tanınmış velosipedçisi karyerasını bitirdi
İdman 16:12 25.04.2023

Azərbaycanın tanınmış velosipedçisi karyerasını bitirdi

Azərbaycanlı velosipedçi Elçin Əsədov karyerasını bitirib.

Qaynarinfo-nun məlumatına görə, millimizin aparıcı üzvü bu barədə o sosial şəbəkə hesabında elan verib. 

Ona dəstək üçün hər kəsə təşəkkürünü bildirən Əsədov açıqlamasında "Velosiped, hər şey üçün təşəkkür. Ve son… Ailəmə, dostlarıma, məşqçilərimə, mənə dəstək olan və karyeramı mümkün edən hər kəsə təşəkkür edirəm. İdman insanları birləşdirir və şükürlər olsun ki, o qədər gözəl insanlar və ölkələr tanıdım, yarış üçün darıxacağam, amma velosiped sürməyi sevməyə davam edəcəyəm” - sözlərin yer verib.

36 yaşlı idmançı Azərbaycanı bir sıra beynəlxalq yarışlarda, həmçinin, Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->