Xəbər lenti

Azərbaycanda vulkan püskürdü
Ölkə 13:15 09.04.2025

Azərbaycanda vulkan püskürdü

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən 09 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.

Bu barədə Qaynarinfo-ya Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Bildirilib ki, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb. Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km qeydə alınıb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->