AFFA futzal üzrə Yüksək Liqada çıxış edən "Neftçi" İK klubunun məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.
HİT.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Buna XV turda baş tutan "Neftçi" İK – "Baku Fire" matçının (5:4) fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.
"Baku Fire" kollektivinin qapıçısı Kamran Hacıyev isə 30-cu dəqiqədə qeyri-idman hərəkətinə görə 2-ci sarıdan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.
Şərhlər