Misli Premyer Liqasının XXXI turunda daha bir oyun keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.
Komandanın qollarını 27-ci dəqiqədə Alfons Msanqa, 67-ci dəqiqədə Brahim Konate vurub. Qonaqlardan 35-ci dəqiqədə Luis Paçu fərqlənib.
"Şamaxı"nın legioneri Maykl Tuik 85-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran meydan sahibləri yeddinci pillədə qərarlaşıb. "Kəpəz" 28 xalla doqquzuncu sıradadır.
Günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
Şərhlər