Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilən Xalq artisti Siyavuş Kərimi bundan sonrakı fəaliyyət planlarını açıqlayıb.
Xalq artisti Qaynarinfo-ya bildirib ki, bundan sonra bütün həyatını ailəsinə həsr edəcək:
"Vaxtımı ailəmlə, uşaqlarımla keçirəcəyəm".
Xalq artisti konservatoriyada təhsil alan tələbələrin və müəllim heyətinin onu yola salarkən ağlaması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntüyə də aydınlıq gətirib:
"Tələbələrim məni çox istəyir, mən də tələbələrimi çox istəyirəm. Onlar məni yola saldı. Bu mənzərədən hər kəs kövrələ bilər. Sağ olsunlar".
Qeyd edək ki, bir neçə gün öncə Xalq artisti Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Ötən gün tələbələr və müəllim heyəti Siyavuş Kərimini yola salıblar. Həmin görüntülər sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
Bahar Rüstəmli
Şərhlər