Xəbər lenti

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi
Ölkə 12:10 25.04.2025

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

Qaynarinfo Musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.

N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "MedEra Hospital"da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->