Xəbər lenti

7 Avropa ölkəsi Ukraynaya qışa hazırlaşmağa kömək edəcəyinə söz verdi
Dünya 13:52 29.11.2022

7 Avropa ölkəsi Ukraynaya qışa hazırlaşmağa kömək edəcəyinə söz verdi

İslandiya, Latviya, Litva, Norveç, Finlandiya, İsveç və Estoniya Ukraynanı qışa hazırlaşmağa və onun enerji infrastrukturunun bərpasına kömək etməyə razılaşıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə 7 ölkənin XİN rəhbərlərinin Kiyev görüşündən sonra qəbul olunmuş birgə bəyanatında deyilir.
 
Görüş bir gün əvvəl, noyabrın 28-də baş tutub və orada Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba da iştirak edib. 7 Avropa ölkəsi "Ukraynanın öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini təmin etmək üçün siyasi və praktiki dəstək verməsinə birgə işi davam etdirməyi” öhdəsinə götürüb.

"Biz əlavə humanitar yardım göstərməyə və Ukraynanın qışa hazırlıq, xüsusən də Ukraynanın enerji infrastrukturunu bərpa etmək səylərini dəstəkləməyə sadiqik. Paralel olaraq, biz dağıdılmış Ukrayna infrastrukturunun bərpasına dəstək vermək üçün səylərimizi davam etdirəcəyik”, - deyə Ukrayna XİN-in saytında dərc olunan birgə bəyanatda deyilir.

"Politico”nun məlumatına görə, noyabrda Kiyev müttəfiqlərini avadanlıq çatışmazlığı səbəbindən enerji sisteminin bərpası ilə bağlı problemlər barədə məlumatlandırıb. Ukrayna prezidenti Volodimir Zelenski elektrik enerjisi çatışmazlığını kompensasiya etmək üçün Qərbdən dizel və qaz tədarük etməyi xahiş edib. Ölkənin infrastruktur naziri Aleksandr Kubrakov bildirib ki, ölkənin raket zərbələri nəticəsində zədələnmiş enerji sistemini bərpa etmək üçün bir neçə yüz milyon dollar lazımdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->