Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, "Fənərbağça" İstanbulda "Kayserispor"u qonaq edib.
Görüş qarşılıqlı qollar şəraitində keçib. Meydan sahibləri qonaqların qapısına 3 top vurub, öz qapılarından da 3 top çıxarıblar - 3:3. Beləliklə, "Fənərbağça" çempionluq yarışında vacib iki xal itirib.
Bu nəticədən sonra "Fənər" əzəli rəqibi "Qalatasaray"ı izləməyə davam edir. Mourinyonun komandası "aslanlar"dan 5 xal geri qalır - müvafiq olaraq 72 və 77. Kayseri təmsilçisi isə 37 xalla turnir cədvəlində 13-cüdür.
Şərhlər